“Torpaqların konsalidasiyası” mövzusunda beynəlxalq tədbir keçirilib

“Torpaqların konsalidasiyası” mövzusunda beynəlxalq tədbir keçirilib
Oxunma sayı: 342

Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri İlham Bayramov və Bitkiçilik şöbəsinin müdirinin müavini Seymur Səfərli Macarıstanın paytaxtı Budapeşt şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və LANDNET təşkilatının birgə təşkilatçılığı ilə keçirilimiş “Torpaqların konsalidasiyası” mövzusunda növbəti beynəlxalq tədbirdə iştirak ediblər.

"Qafqazinfo" xəbər verir ki, seminarda Avropa, Qafqaz və Orta Asiya ölkələrində bu sahədə mövcud vəziyyət, torpaqların konsalidasiyası üzrə qanunvericilik, strategiya, torpaqların konsolidasiyası tədbirlərinin ən yaxşı təcrübələrinin Aİ-nin üzv dövlətlərinin aqrar inkişaf proqramlarında təcəssümü, Aİ üzv ölkələrində torpaq konsolidasiya prosesləri və üsulları, ayrı-ayrı dövlətlər üzrə bu sahədə xüsusi nümunələr, Avropada torpaq bankları və onların fəaliyyət mexanizmləri, Aqrar torpaq bazarı və Aİ-na üzv dövlətlərdə torpaqların yenidən formalaşdırılması və təsərrüfat strukturlarının nizamlanması vasitəsilə torpaq parçalanmasını aradan qaldırmaq, Torpaqların tərk edilməsinin qarşısını alan siyasət nümunələri və s. mövzular üzrə müzakirələr aparılıb.

Qeyd edilib ki, torpaqların konsalidasiyası aclığa son qoymaq, qida təhlükəsizliyinə nail olmaq və dayanıqlı kənd təsərrüfatını təbliğ etməkdə əhəmiyyətli rol oynamaqla BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərinə aiddir. Bunun üçün isə hər bir ölkə torpaqların konsalidasiyası sahəsində milli startegiyasını hazırlamalı və bu sahədə qanunvericiliyi təkmilləşdirməlidir.

Tədbir çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Azərbaycanda həyata keçirilən “Torpaqların konsolidasiyası üzrə milli strategiyanın hazırlanması və torpaqların konsolidasiyası üzrə pilot layihə”nin icra vəziyyəti, nəzərdə tutulan fəaliyyətlər və xüsusi ilə də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə torpaqların konsolidasiyası istiqamətində müəyən edilmiş tədbirlərin icrasının sürətləndirilməsi məqsədi ilə FAO-nun məsul şəxslərilə ayrıca müzakirələr aparılıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi