“Total” neft şirkəti İranı tərk etdi

total-neft-sirketi-irani-terk-etdi
Oxunma sayı: 3499

Fransanın “Total” neft şirkəti rəsmi olaraq İranı tərk edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Zanqane bəyanat verib. 

Qeyd edək ki, “Total” mayın ortalarında bəyan etmişdi ki, ABŞ sanksiyaları səbəbindən noyabrın 4-nə kimi “Cənubi Pars 11” layihəsini tərk edəcək. 

Nazir bildirib ki, İran hazırda layihənin reallaşdırılması üçün neft şirkətinə alternativ axtarır.