Tövbənin qəbul olmasının mühüm şərti

tovbenin-qebul-olmasinin-muhum-serti
Oxunma sayı: 4334


Bəzən əzm etmişik ki, həmin günahı bir daha təkrar etməyək. Dəfələrlə Allahdan bu yolda bizə yardım etməsini istəmişik. Bəzən də istəmişik ki, bizə tövbə etmək tofiqini əta etsin, günahın ağır yükü sorağımıza gəlməmişdən qabaq, bizə fürsət versin.

Demişik ki: “Ey Allahım, bağışlamaq - Sənin kərəmindəndir. Biz dünyanın heç bir dəyərsiz bər-bəzəyini istəmirik, Sənin bağışlanmadan başqa. Özün dəfələrlə demisən ki: Allah - Ğəfur və Rəhimdir. Allah - Təvvabdır. Biz buna inanırıq. O zaman ki, cəhalət sorağımıza gələr və çirkin bir işə düçar olarıq, düşmənçilik üzündən sənin əmrinə qarşı çıxmamışıq, bəlkə özümüz zəifik”.

Allah Təala Quranda buyurur: “Əslində (qəbulu İlahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər - onlardır. Allah həmişə bilən və hikmət sahibidir”. (“Nisa” 17).

Demək lazımdır ki, tövbənin qəbul olma şərtlərindən biri budur ki, insan cəhalət üzündən günahı etmiş olsun. Cəhalət o demək deyildir ki, həmin işin günah olduğunu bilməyəsən. Bəlkə o deməkdir ki, Allahın əmrinə düşmənçilik üzündən qarşı çıxmayasan.

İnsan günahını başa düşən kimi tövbə etməlidir. Sonra da özünü islah etməyə çalışmalıdır.“Sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de”. (“Ənam” 54).

“Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam. (Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar və digər ilahi haqların kəffarə və qəzaları yeni müsəlman olmuş şəxsin boynundan götürülür.)”. (“Taha” 82).

“Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər”. (“Ali-İmran” 135).

İnsan gərək bilsin ki, əgər elm və inad üzündən Allahın əmrinə qarşı çıxsa və günah işlədərsə və ya ölüm anı gələn zaman tövbə edərsə, Quran ayələrinin buyurduğuna görə həmin tövbə qəbul olunmaz.

“Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır”. (“Nisa” 18).

“Nəfsi istəklərini öz tanrısı etmiş (ağıl, fitrət və millətlərin qəbul etdiyi Allahı öz nəfsi istəklərinə uyğun gələn həddə aşağı endirən) kəsi gördünmü? Yoxsa sən onun (doğru yola gəlməsi və ya axirət əzabından qorunması) işlərini düzəldəcəksən?!”. (“Furqan” 43).

İnsan gərək Allahın bağışlayan olduğunu qəbul etsin və ona inansın. Yəni, Allahdan başqa Ğafir olmadığını qəbul etməlidir. Allah tövbə edənin əcrini isə tövbəsini qəbul edərək verər. Bu yolla insanı günahın ardınca getməkdən saxlayar və behişti ilə təşviq edər. “Onların mükafatları öz Rəbbi tərəfindən bağışlanmaq və (ev və ağaclarının) altından çaylar axan cənnətlərdir. Orada əbədi qalacaqlar. Bu əməl sahiblərinin mükafatı necə də gözəldir!”. (“Ali-İmran” 136).

Beləliklə, belə nəticə çıxarda bilərik ki, Allaha qayıtmaq yolu həmişə açıqdır. İnsan günah edəndən sonra tövbə edər və onu tərk edəcəyinə əzm edər. Ümidvar olar ki, Allahın rəhməti ona şamil olacaqdır.  “(Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır”. (“Maidə” 39).

“Dedi: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!». (“Hicr” 56).

İmam Əlinin (ə) buyurduğu kimi: “Yer üzündə Allahın əzabından iki pənah yeri vardı: onlardan biri aramızdan getmişdir, lakin o birisi qalmışdır. Aramızdan gedən pənah yeri - Peyğəmbərdir (s). Qalan pənah yeri isə Bağışlayan Allahdan əfv diləməkdir. Biz insanların yadında olsun ki, tövbənin ədədi və məhdudiyyəti yoxdur”.

Allah Təala bizləri həqiqi tövbəkarlardan qərar versin. Deyerler.org