Tövləni yandıran yeniyetmə saxlanıldı

Tövləni yandıran yeniyetmə saxlanıldı
Oxunma sayı: 364

Qax rayonunda ot bağlamalarının yığıldığı tikilini yandıran şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, oktyabrın 24-də saat 19 radələrində Qax rayonunun Almalı kənd sakini Tanrıverdi Məmmədova məxsus yardımçı təsərrüfatda yanğın baş verib. Nəticədə 500 ədəd ot bağlaması və təsərrüfatın yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini olan bir yeniyetmə Qax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi