Tövləni yandırıb evi qarət etdilər

tovleni-yandirib-evi-qaret-etdiler
Oxunma sayı: 1276

Şəki rayonun Fazıl kənd sakini İ.Məmmədovun evindən 6000 manat dəyərində qızıl-zinət əşyaları, 110 manat dəyərində bijuteriya və 600 ABŞ dolları oğurlanıb.

“Qafqazinfo” DİN-ə sitinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, yaxın qohum olan İlham Məmmədov və Məftun Mustafayev saxlanılıblar.

Onlar ifadələrində ev sakinlərinin diqqətini yayındırmaq üçün əvvəlcə həyətyanı sahədəki tövləyə qəsdən od vurduqlarını və daha sonra yaranmış şəraitdən istifadə edərək oğurluq məqsədilə evə daxil olduqlarını bildiriblər. M.Mustafayevin etibarnamə ilə icarəyə götürdüyü avtomobilə baxış zamanı onun salonundan 2 ədəd idman papağından hazırlanmış maska, saxlanılan şəxslərin üzərindən isə oğurlanmış qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.

Murad Əhməd