Tovuz sakini qarpızdan zəhərlənib

tovuz-sakini-qarpizdan-zeherlenib
Oxunma sayı: 641

Tovuz rayonunda yerli sakin qarpızdan zəhərlənib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, rayonun Öysüzlü kənd sakini, 1953-cü il təvəllüdlü Alıyev Rəşad Mati oğlu yediyi qarpızdan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsində müalicə olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.