Tovuzda 2 maşın toqquşdu

tovuzda-2-masin-toqqusdu
Oxunma sayı: 646

Tovuzda iki minik avtomobili toqquşub.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb. “VAZ2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər qadın yüngül xəsarət alıb.
 
Ona hadisə yerində tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.  Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.