Tovuzda 25 yaşlı gənc naməlum şəkildə bıçaqlandı - Fotolar

tovuzda-25-yasli-genc-namelum-sekilde-bicaqlandi
Oxunma sayı: 1174

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, insident rayonun Avılbəyli kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü kənd sakini Elşən Hümbətov naməlum şəraitdə döyülərək bıçaqlanıb.

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti kafi qiymətləndirilir. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli