Tovuzda 29 yaşlı kişi dəm qazından zəhərlənib

tovuzda-29-yasli-kisi-dem-qazindan-zeherlenib
Oxunma sayı: 719

Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərov Səfər Firudin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Xəstə təcili yardım briqadası ilə huşsuz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra xəstənin həyatını xilas etmək mümkün olub.