Tovuzda 9 min illik yaşayış məskəni tapıldı

tovuzda-9-min-illik-yasayis-meskeni-tapildi
Oxunma sayı: 1310

Tovuzda 9 min il yaşı olan yaşayış məskəni aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev qədim kəndin birinci təbəqəsində 200 kvadratmetr ərazidə axtarışların davam etdirildiyini deyib.

Qazıntılar zamanı mindən çox saxsı qab hissələri, misdən olan sırğa qalığı, sivri daşlardan ov silahı və yer şumlamaq üçün alət qalıqları tapılıb.  

Arxeoloq gələn ildən etibarən tədqiqat işlərinə Yaponiya ilə yanaşı, Fransa, Türkiyə və Bolqarıstandan da arxeoloqların cəlb olunacağını qeyd edib.