Tovuzda Azərbaycan radioları niyə az yayımlanır?

tovuzda-azerbaycan-radiolari-niye-az-yayimlanir-
Oxunma sayı: 652

Bu barədə Tovuz sakinləri “Qafqazinfo”ya məlumat verib. Bildirilib ki, Tovuz – Qazax bölgəsində Azərbaycanın cəmi 5 FM radiosu - Antenn FM, ANS FM, AZTV FM, LİDER FM, İctimai FM yayımlanır: “Tovuz – Qazax bölgəsində yayımlanmayan FM Radioları isə bunlardır: SPACE FM, ARAZ FM, AZAD AZƏRBAYCANIN 2 RADIOSU, MEDIA FM, XƏZƏR FM, BURC FM. Tovuz – Qazax bölgəsində niyə belə az radio kanalı yayımlanır? Tovuz da Azərbaycanımızın dilbər guşələrindən biridir! Bu FM Radioları Tovuz – Qazax bölgəsində yayımlanmasını istəyirik!
Tovuz Qazax bölgəsində Azərbaycanımızın radioları çox az yayımlandıqları üçün Tovuz Qazax bölgəsi Gürcü və erməni FM radioları tərəfindən zəbt olunub”.