Tovuzda ər arvadını bıçaqladı

tovuzda-er-arvadini-bicaqladi
Oxunma sayı: 1923

Tovuzda bıçaqlanma olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Aşağı Öysüzlü kənd sakini, 1991-ci il təvəllüdlü Ceyran Tağıyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.