Tovuzda güllələnən sabiq məmur xəstəxanada öldü - Fotolar

tovuzda-gullelenen-sabiq-memur-xestexanada-oldu
Oxunma sayı: 9162

Tovuzda güllələnmə hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki,  rayonda vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərliyə odlu silahdan atəş açılıb.

***

Tovuz rayonunda güllələnən Firudin Ələkbərli vəkil deyil. Bu barədə "Report"a Azərbaycan Vəkillər Kollegiyasından bildirilib.

Güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə təxminən 1 saat əvvəl, səhər saat 09 radələrində qeydə alınıb.

Tovuz rayonu Yanıqlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu şəxsi münasibətlər zəminində Qədirli kənd sakini, 1963-cü il təvəllüdlü Ələkbərli Firudin Muxtar oğlunu Makarov tipli tapança ilə güllələyib. F. Ələkbərli xəstəxanaya yerləşdirilsə də, bir neçə dəqiqə əvvəl vəfat edib.

Ə. Şəmiyev könüllü polisə gedərək təslim olub.

Murad Əhməd

Elmar Əli