Tovuzda hamilə qadın xəstəxanada ölüb

tovuzda-hamile-qadin-xestexanada-olub
Oxunma sayı: 637

Tovuzda xəstəxanda hamilə qadın ölüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Ağstafa rayonu, Tatlı kənd sakini, 32 yaşlı Şəlalə Qasımova ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardımın göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, ölümə səbəb 7 aylıq hamilə olan Ş. Qasımovanın bətnində uşağın ölməsi nəticəsində qanaxmanın baş verməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.