Tovuzda iki avtomobil toqquşdu - Xəsarət alan var

tovuzda-iki-avtomobil-toqqusdu
Oxunma sayı: 1368

Tovuzda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Heydər Əliyev prospekti ilə hərəkət edən “Mercedes” və “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə Aşağı Quşçu kənd sakini, 1958-ci il təvəllüdlü Bağırov Fəxrəddin Əşrəf oğlu xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən yaralıya tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli