Tovuzda iki maşın toqquşdu, ər-arvad yaralandı

Tovuzda iki maşın toqquşdu, ər-arvad yaralandı
Oxunma sayı: 674

Tovuzda xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qazqulu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərin birində olan Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Abbasov Əkbər Hüseyn oğlu və onun həyat yoldaşı Abbasova Almaz Rüstəm qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Elmar Əli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi