Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 800 m² olan ikimərtəbəli 16 otaqlı evin 1-ci mərtəbəsində 3 otağın tavanı və ev əşyaları 150 m² sahədə yanıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.