Tovuzda istirahət mərkəzində bədbəxt hadisə

tovuzda-istirahet-merkezinde-bedbext-hadise
Oxunma sayı: 3166

Tovuza istirahətə gedən gənc ehtiyatsızlıq nəticəsində xəsarət alıb.

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə rayonun Böyük Qışlaq kəndinə gedən yolda olan istirahət mərkəzlərinin birində baş verib.

Ailəsi ilə ora istirahətə gedən Göygöl rayon sakini 1991-ci il təvəllüdlü Səbuhi İmanov ehtiyatsızlıqdan dərin dərəyə yıxılıb. O, əraziyə cəlb edilən FHN-nin xilasediciləri vasitəsiylə dərədən çıxarılaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır. 

Elmar Əli