Tovuzda maşın ağaca çırpıldı, sürücü yaralandı

Tovuzda maşın ağaca çırpıldı, sürücü yaralandı
Oxunma sayı: 404

Tovuzda yol qəzası baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə rayonun “Semzavod” qəsəbəsi ərazisində baş verib.

Rayon sakini, 1974-cü il təvəllüdlü Hüseynov Oruc Sabir oğlu “VAZ” markalı avtomobili idarə edərkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi