Tovuzda məktəb yandı

tovuzda-mekteb-yandi
Oxunma sayı: 1555

Tovuzda yanğın hadisəsi qeydə alınıb.

”Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Aşağı Quşçu kəndində ümumi sahəsi 693 m² olan ikimərtəbəli məktəb binasının çardağının yanar konstruksiyaları 80 m², 6 sinif otağının tavanı 120 m² sahədə və qapıları yanıb.
 
Yüksək temperaturdan digər otaqların tavanı 50 m² sahədə qarsalanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.