Tovuzda nəvə dostları ilə birgə babasını soydu - 3000 manat və 1400 dollar

tovuzda-neve-dostlari-ile-birge-babasini-soydu
Oxunma sayı: 1640

Tovuz rayonunda evdən oğurluq edən nəvə və dostları saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, yanvarın 18-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 1400 ABŞ dolları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin nəvəsi və onun tanışı olan 2 yeniyetmə saxlanılıblar.