Tovuzda seyfdən 6 min dollar və 15 minlik qızıl oğurlanıb

tovuzda-seyfden-6-min-dollar-ve-15-minlik-qizil-ogurlanib
Oxunma sayı: 1346

Tovuz rayonunda evlərdən birindən oğurluq baş verib.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, avqustun 14-də rayon ərazisindəki evlərin birindən divarda quraşdırılmış seyfdən 6000 ABŞ dolları, 200 avro, 680 manat pul və 15000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Aşağı Öysüzlü kənd sakini Taleh Cəfərov və şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hüseynli saxlanılıb.

Murad Əhməd