Tovuzda toyda dava düşdü

tovuzda-toyda-dava-dusdu
Oxunma sayı: 1859

Tovuzda toyda dava düşüb. "Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

Dava zamanı kənd sakini, 1970-ci il təvəllüdlü Rzayev Xanlar Əmiraslan oğlu naməlum şəxslər tərəfindən döyülüb.

Nəticədə X.Rzayevin dişləri və çənəsi sındırılıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.