Tovuzda yeni məktəb binası istifadəyə verilib

tovuzda-yeni-mekteb-binasi-istifadeye-verilib
Oxunma sayı: 639

“Qafqazinfo”ya verilən məlumata görə, mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Milli Məclisin deputatı Qənirə Paşayeva respublikada, o cümlədən Tovuzda aparılan abadlıq və quruculuq işlərindən, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıblar.

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuz rayonunda təhsil sahəsində olan göstəricilər hər il artır. Millət vəkili ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında 500 baldan artıq toplayanların sayının artmasını yaxşı hal kimi qiymətləndirib.

Tədbirdə çıxış edən müəllim və şagirdlər bu şəraiti yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sonda tədbir iştirakçıları yeni məktəb binası ilə tanış olmuşlar.