Tovuzda yol qəzası - 1 ölü, 4 yaralı + Fotolar

tovuzda-yol-qezasi
Oxunma sayı: 1473

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Belə ki, 1990-cı il təvvəllüdlü Nəbi Namazlı idarə etdiyi “Mercedes” markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb.

Qəza 4 nəfərin yaralanmasına (22 yaşlı Aslanov Taleh Valeh oğlu, 23 yaşlı Namazov Səid Səfər oğlu, 24 yaşlı Əmraslanov Emil Nofəl oğlu) və 1 nəfərin (22 yaşlı Səmədov Murad Qosqar oğlu) ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.