Tovuzda yol qəzasında 2 nəfər yaralandı

Tovuzda yol qəzasında 2 nəfər yaralandı
Oxunma sayı: 606

Tovuz rayonunda yol qəzası baş verib.

“Qafqazinfo”nun “Trend”ə istinadən  məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Rayonun Əlibəyli kənd sakini, 1989 -cu il təvəllüdlü Quliyev Zülfüqar Etibar oğlu idarə etdiyi “VAZ”markalı avtomobili idarə edərkən idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində sürücü və sərnişini, 1997-ci il təvəllüdlü Abdiyev Tural Musa oğlu ağır xəsarətlər alıb. Hər iki yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücü ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi