Tovuzdakı qəza haqda rəsmi məlumat...

tovuzdaki-qeza-haqda-resmi-melumat
Oxunma sayı: 745

Fövqəladə Hallar Nazirliyi ötən gün Tovuz rayonunda baş vermiş hadisə haqda açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumata görə, Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verib. 

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.