Tovuzlu gənc spirtli içkidən komaya düşdü

tovuzlu-genc-spirtli-ickiden-komaya-dusdu
Oxunma sayı: 1207

Tovuz sakini alkaqollu içkidən zəhərlənib.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, 1995-ci il təvəllüdlü Yaşar İsmayıl oğlu İsmayılov alkaqollu içkidən zəhərlənərək xəstəxanaya aparılıb. Koma vəziyyətində olan gəncə həkimlər tərəfindən tibbi yardım göstərilib.

Vəziyyəti orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.