Toy gecəsi tanışını baltalayana hökm oxundu

toy-gecesi-tanisini-baltalayana-hokm-oxundu
Oxunma sayı: 1271

Bakı Ağır Cinayətlər Məhkəməsində toyda mübahisə etdiyi şəxsi baltalayaraq öldürməkdə təqsirləndirilən Maarif Alxazova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə M.Alxazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə Quba rayonunda baş verib. M.Alxazov toyda olarkən Vətən Əhmədovla mübahisə edib, sonra isə telefonu söndürərək evə gedib. V.Əhmədov isə sərxoş vəziyyətdə onun evinə gələrək Maarifi küçəyə çıxarıb və orada söyərək təhqir edib. M.Alxazov Vətəni baltalayaraq öldürüb.

Murad Əhməd