Toy günü adam bıçaqlayan yenidən məhkəmə qarşısında

Toy günü adam bıçaqlayan yenidən məhkəmə qarşısında
Oxunma sayı: 430

Nərimanov rayonunda 55 yaşlı kişinin ölümünə səbəb olmaqda təqsirləndirilən Tural İsmayılov hökmdən apellyasiya şikayəti verib və ona bəraət verilməsini istəyib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, iş icraata götürülüb, ilkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə noyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, 2016-cı il aprelin 18-də Əhməd Rəcəbli küçəsind' gecə saatlarında 55 yaşlı Rafiz Mirzəyev yaralanmış vəziyyətdə tapılıb və yerləşdirildiyi xəstəxanada ölüb. Onu bıçaqlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Tural İsmayılov tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.İsmayılov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

Müdafiə çıxışında vəkil bildirib ki, R.Mirzəyevi müvəkkili bıçaqlamayıb. Hadisə baş verən gün o qardaşının toyunda olub.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi