Toy sahibi Cavanşir Məmmədova bahalı üzük verib - Foto

Toy sahibi Cavanşir Məmmədova bahalı üzük verib
Oxunma sayı: 2485

Əməkdar artist Cavanşir Məmmədov “Səhər-səhər” verilişinin qonağı olub.

“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, müğənninin barmağındakı qırmızı qaşlı böyük üzük diqqət çəkib.

Məmmədov bildirib ki, aparıcılıq etdiyi bir məclisdə ev sahibi ona bu üzüyü hədiyyə edib:

“Qızıldır, qaşı da brilyantdır. Getdim toyu apardım, qiymət də deməmişdim. Axırda gətirib zəhməthaqqımı verdilər. Sonra nəvəsi mənə zəng vurdu ki, sizi görmək istəyirəm. Gəldi, bağlı bir qutu verdi ki, nənəm göndərib. Açdım ki, bu üzük. Zərgərə apardım, dedi, təkrarolunmaz bir işdir”.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi