Toy yasa döndü - 20 ölü

Toy yasa döndü
Oxunma sayı: 8265

Hindistanın şimal-şərqində toy zamanı bədbəxt hadisə baş verib.

“Qafqazinfo” “İndia Toda”ya istinadən xəbər verir ki, toy mərasimi keçirilən yerin yaxınlığında qaz balonu partlayıb.

Məlumata əsasən, insident cümə günü axşam Radcasthan ştatının Beavar şəhərində qeydə alınıb. Partlayışın gücündən məclis keçirilən bina çöküb. Xilasedicilər dağıntıların altından  18 nəfərin cəsədini çıxarıblar. Daha 18 nəfər isə xəsarət alıb.

Bundan əlavə 2 nəfərin isə dağıntıların altında qaldığı güman edilir.

Axtarış xilasetmə işləri davam edir.

Hökumət ölənlərin ailəsinə 200 min rupi, yaralılara isə 50 min rupi yardım edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi