“Toya çox baha getmirəm, 5 minə gedirəm”- - İbrahim Borçalı

toya-cox-baha-getmirem-5-mine-gedirem-
Oxunma sayı: 4504


- İbrahim bəy, yaradıcılığınızda hansı yeniliklər var?

- “Azərbaycanlıyam” mahnısını aranjeman etdirib ifa etdim. Azərbaycan təkdir, torpağımızı bölgələrə bölməyək. O mahnını Niyaməddin Musayev,  Namiq Məna, Səyyad Əlizadə və mən ifa etmişdik. Bu dəfə tək oxudum. “Birdənəm” mahnısı işıq üzü gördü. Hər kəsin birdənəsi var. Retro mahnılarımızı yeni aranjeman etdirdim, “Yenilməz batalyon”, “Gün keçdi” filmindən “Ömür keçdi, gün keçdi, cavan olmam bir də mən” mahnısını yeni aranjemanda ifa etdim. Yeniliyim odur ki, hər zaman öz mahnılarımı ifa edirdim, bu dəfə retro mahnılara müraciət etmişəm.  “Yenilməz batalyon” mahnısına klip çəkdirəcəm.

- Konsert verməyi düşünürsünüzmü?

- Mən Azərbaycandan kənarda hər zaman konsertlər vermişəm. Azərbaycanda təşkilatçılar təşkil etsin, təmannasız gəlib hər bir bölgəmizdə konsert verməyə hazıram. Amma müəyyən şeylər var ki, onları təşkilatçılar etməlidir.

- İbrahim Borçalı bir vaxtlar çox məşhur idi. Son illər isə sizi televiziyalarda gec-gec görürük. Bunun səbəbi nədir?

- Mən həmişə ürəyim istəyən proqramlara çıxıram. Uşaq vaxtı məhəllədə uşaqlar dalaşanda atam deyirdi ki, qabaqda getmə, yumruq sənə dəyər. Sonra üzünün bir yeri yaralanar, deyərlər qorxaqdır, döyülüb gəlib. Arxada da getmə ki, deyəcəklər qorxusundan arxada gəlir. Ona görə başını aşağı sal, ortada gəz. Şou-biznesdə nə öndə, nə arxada olmaq lazımdır. Tamaşaçı səni qalmaqalla tanımamalıdır, öz işinlə məşğul olmalısan.

- Sənətçilərdə hansı xüsusiyyətləri bəyənmirsiniz?

- Sənətçilərin paxıllıq etmələrini, ikiüzlü olmalarını, onun-bunun arxası ilə danışmaqlarını bəyənmirəm. Nəinki, sənətçilər arasında, adi insanlar içərisində də bu xüsusiyyətləri daşıyanlar çoxdur. Bu cür keyfiyyətlərdən uzaq olmaq lazımdır. 

- Sizin paxıllığınızı çəkənlər kimlərdir?

- Paxıllığımı çəkənlərə fikir vermirəm. Qoy, çəksinlər. Allah mənə versin. Allah bilir kimə nə verir. Bəndə kimdir ki, onun istəyi mənə nəsə etsin. 

- Toylara neçəyə gedirsiniz?

- Toylara çox baha qiymət qoymamışam. Ansambılla birlikdə bütün toyu 5 min manata aparıram. Bu, çox baha deyil.  

Könül