Toya getmək üçün evdən çıxdı, qayıtmadı

toya-getmek-ucun-evden-cixdi-qayitmadi
Oxunma sayı: 5235

Bir neçə gün bundan əvvəl azərbaycanlı musiqiçi Əli Cəfərov itkin düşüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu instaqramda məlumat yayıb. 

O bildirib ki, Ə. Cəfərov toya getmək məqsədi ilə evdən çıxıb və qayıtmayıb:

“Şəkildə gördüyünüz musiqiçi dostumuz Əlidir. Dünən evdən toy məqsədi ilə çıxıb və hələ də qayıtmayıb. Görən şəxslər bizə məlumat versin”.