Toyda 57 nəfəri güllələyən İŞİD-çilərə görünməmiş cəza

Toyda 57 nəfəri güllələyən İŞİD-çilərə görünməmiş cəza
Oxunma sayı: 2642

2016-cı il avqustun 20-də Türkiyənin Qaziantep şəhərində toya hücum edərək 57 nəfəri güllələyən İŞİD üzvlərinə verilən cəza bəlli olub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 10 cinayətkarın hər birinə 76 il olmaqla ömürlük həbs cəzası verilib. Onlar cəzalarının 58 ilini ağır rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. 2 nəfər hadisə şahidi isə sərbəst buraxılıb.

Məhkəmə təhlükəsizlik məqsədilə Kayseri Ağır Cinayətlər Məhkəməsində keçirilib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi