Toyda bıçaqlanma oldu

toyda-bicaqlanma-oldu
Oxunma sayı: 650

APA-nın məlumatına görə, hadisə ötən gecə rayonun Biləsər kəndində qeydə alınıb. Yaşayış məntəqəsində təşkil olunmuş toy mərasimində iştirak edən qonaqlar arasında yaranan şəxsi münaqişə zamanı şəxsiyyəti məlum olmayan bir nəfər Biləsər kənd sakini, 1982-ci il təvəllüdlü Telman İsa oğlu Tahirova bıçaqla ağır bədən xəsarəti yetirib.

Yaralı sol qasıq nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə təcili olaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan T.Tahirovun vəziyyəti hələlik ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.