Toyda bıçaqlaşdılar- - Azərbaycanda

toyda-bicaqlasdilar-
Oxunma sayı: 1401


“Qafqazinfo” xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Göyçay şəhərindəki “Cənnət” şadlıq sarayının qarşısında baş verib. Toy mərasimi zamanı Cəyirli kənd sakini Məmmədov Elxan Əliyusif oğlu ilə şəxsi münasibətlər zəminində Göyçay şəhər sakini, 1991-ci il təvəllüdlü Rüstəmov Tərlan Seymur oğlu arasında dava baş verib.

Şadlıq sarayının qarşısına çıxan Tərlan Rüstəmov Elxan Məmmədova bir neçə bıçaq xəsarəti yetirib. Elxan Məmmədov Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Tərlan Rüstəmov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.