Toyda oynamaq üstündə dava düşdü

toyda-oynamaq-ustunde-dava-dusdu
Oxunma sayı: 648

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Kiş kəndində keçirilən toy mərasimində qeydə alınıb. Toyda iştirak edən bir neçə nəfər arasında rəqs üstündə dava düşüb.

Nəticədə bir nəfər, 1974-cü il təvəllüdlü Namiq Nemət oğlu Musayev xəsarət alıb. Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, hazırda yaralının vəziyyəti orta ağırdır.

Şəki şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb. Hazırda hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür.