Toyda qan töküldü

toyda-qan-tokuldu
Oxunma sayı: 645

Cinayət hadisəsi rayonun Mir Cəlal Paşayev küçəsində yerləşən şadlıq evlərinin birində meydana gəlib. Məlumata görə, sinif yoldaşının toyunda iştirak edən 23 yaşlı Bakı sakini Muxtarov Əli Lətif oğlu tanımadığı digər qonaq tərəfindən bıçaqlanıb.

Hadisənin mübahisə zəminində başlamış davadan sonra meydana gəldiyi bildirilir. Nəticədə Əli Muxtarova həmin şəxslər tərəfindən bir neçə xəsarət yetirilib. Yaralı dərhal 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Cərrahi müdaxilədən sonra yaralının həyatı həkimlər tərəfindən xilas edilib. Artıq faktla bağlı Binqədi rayon podis idarəsinin 7-ci polis bölməsində araşdırılmalara başlanılıb.

Qeyd edək ki, hadisəni törədən şəxsin axtarışı və ələ keçirilməsi istiqəmətində Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsində əməliyyat tədbirləri davam etdirilir.