Toydan çıxan sərxoş kişini maşın vurdu

Toydan çıxan sərxoş kişini maşın vurdu
Oxunma sayı: 1032

Gəncədə piyadanın vurulması ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, hadisə Gəncə-İmamzadə avtomobil yolunda qeydə alınıb. 

Belə ki, Sumqayıt sakini Şahin Həsənov yolu keçmək istəyərkən "Vaz 2107" markalı maşın onu vurub. Yaralı dərhal xəstəxanya yerləşdirlib.

Piyada hadisə zamanı toydan çıxırmış. Onun sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi