Toydan sonra dava... - Xəstəxanalıq oldu

Toydan sonra dava...
Oxunma sayı: 1235

Bakının Xətai rayonunda toydan çıxan şəxs döyülüb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən "Təbrik" şadlıq sarayının qarşısında baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Əliyev Zamiq Saleh oğlu sözügedən şadlıq evindən çıxarkən avtomobil duracağında nəzarətçi ilə əlbəyaxa olub. Onların arasında mübahisə avtomobilin düzgün park edilməməsi üstündə düşüb. Nəticədə Zamiq Əliyev döyülüb. O xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi