“Toyota” 645 minə yaxın avtomobili geri çağırır

“Toyota” 645 minə yaxın avtomobili geri çağırır
Oxunma sayı: 1114

Yaponiyanın “Toyota” şirkəti 645 minə yaxın avtomobili geri çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata əsasən, bu qərara avtomobillərin təhlükəsizlik yastıqlarında qeydə alınan nasazlıq səbəb olub.

Geri çağırılma proqramına 2015-ci ilin mayından 2016-cı ilədək istehsal olunmuş “Toyota Prius”, “Lexus RX” və “Lexus NX” modellərinə şamil olunur.

Təmir işləri şirkət tərəfindən avtomobil sahibləri üçün ödənişsiz olaraq həyata keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi