“Toyota” ilə piyadanı vurub öldürdü

“Toyota” ilə piyadanı vurub öldürdü
Oxunma sayı: 1678

Şamaxı rayonunun Mirikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza avqustun 23-də, saat 12 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini C.Süleymanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Qaravəlli kənd sakini Rahib İsmayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi