Toysuz qalan müğənnilərdən Ramazan - - Açıqlaması

toysuz-qalan-mugennilerden-ramazan-
Oxunma sayı: 2868


“Qafqazinfo” şou nümayəndələri arasında sorğu keçirib. 

Şou-biznesdə dindarların sırasında adı hər zaman birinci olan xalq artisti Nisə Qasımova hər il olduğu kimi bu il də oruc tutacaq. 

Əməkdar artist Tünzalə Ağayeva da islamı təbliğ edən məşhurlar sırasında olduğu üçün oruc tutacağını deyib. 

Türkiyə yaşayan müğənni İradə İbrahimova isə oruc tutmayacaq. O, oruc tutmasa da, əvəzində kasıb insanlara ərzaq verdiyini bildirib: “Ətrafımızda oruc tutan varsa,  iftar yeməyi aparıram onlara.  Qayınanam zamanında bələdiyyədə işlədiyi üçün  kasıb, yataq xəstələrini tanıyır. Həmən insların evlərinə gedirik, qapı-qapı dolaşıb pul köməkliyi edirik”. 

Nadir Qafarzadə əvvəllər oruc tutsa da,  bu il səhhətindəki problemə görə oruc tutmayacaq: “ Mən daha öncələr oruc tuturdum.  Bu il səhhətimdə olan problemə görə oruc tuta bilmərəm. Mən belə şeyləri deməyi xoşlamıram. Hər il olduğu kimi bu il də oruc tutan şəxslərə iftar süfrəsi verəcəyəm”. 

Rəqqasə Fatimə bu il də oruc tutacaq. 

Müğənni Nazənin oruc tutmasa da, əhya günləri oruc tutacağını qeyd edib. 

İfaçı Mila da oruc tutmayan tanınmışlar sırasındadır: “Oruc tutmuram. Amma ramazan ayı ərzində oruc oaln insanlar üçün iftar süfrəsi hazırlamağı özümə borc bilirəm”.

Nurkan və Lalə cütlüyü də oruc tutmağı özlərinə borc bilən tanınmışlardandır. 

Şou-biznesin “hacı”sı sayılan  İzzət Bağırov oruc tutmağı özünə borc bilən məşhurlarımızdandır.  

Aynur