“Toyuma çağırmadığım insanlar gəlmişdi…”

toyuma-cagirmadigim-insanlar-gelmisdi
Oxunma sayı: 1613

Əməkdar artist Abbas Bağırov toyundan sonra ilk dəfə efirə çıxıb. “Qafqazinfo” xəbər verir ki, müğənni “Hər şey daxil” verilişinə qonaq olaraq özəl günü barədə açıqlama verib. 

Abbas toyuna dəvət etmədiyi şou-biznes nümayəndələri barəsində də danışıb:

“Birinci toyum Elçin Hüseynovun restoranında baş tutmuşdu. Amma orada unudub çağırmadığım insanlar da gəlmişdi. Gələnlərə sevindim. Amma dəvət etmədiyim insanların toya gəlməməyi məsləhətlidir. Əgər münasibət mən tərəfdən yaxşı olubsa, ancaq qarşı tərəf lazımı qədər dəyərləndirməyibsə, deməli, belə lazım imiş. Bundan sonra, münasibəti mülayimləşdirmək lazım deyil. Mənim az sayda dostlarım var. münasibətimin olmadığı insanları müzakirə etmək istəmirəm”.