TQDK-da müzakirə

tqdk-da-muzakire
Oxunma sayı: 650

TQDK-nın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ilkin olaraq “Yazı işlərinin yoxlanması sistemi” barədə məlumat verilib. Sistemin müəllifi, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı İlqar Mahmudov proqramın imkanlarından geniş bəhs edib. Gələcəkdə internet vasitəsilə istifadəsi nəzərdə tutulan həmin proqram müxtəlif məzmunlu imtahanlarda namizədlərin yazı işlərini yoxlayan ekspertlərə (markerlərə) bu işi daha səmərəli və anonim şəkildə həyata keçirməyə imkan yaradacaqdır. Bu sistem vasitəsilə ucqar bölgələrdə yaşayan, eləcə də ev şəraitində çalışmaq istəyən müəllimlərin də marker kimi fəaliyyətinə imkan yaradılacaq.
Növbəti təqdimat “Nəzarətçilərin elektron qeydiyyat sistemi”nə həsr olunub. Proqramın müəllifi, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı Elməddin Muxtarzadə nəzarətçilər bazasının idarə edilməsini və məlumatların operativ yenilənməsinə imkan yaradacaq bu proqram təminatı, onun ayrı-ayrı komponentləri barədə ətraflı məlumat verib.