TQDK-dan bakalavrlara şad xəbər

tqdk-dan-bakalavrlara-sad-xeber
Oxunma sayı: 648

“Qafqazinfo”nun TQDK-nın rəsmi saytına istinadən məlumatına görə, 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulda bakalavrların ixtisaslaşma seçimi imkanları genişləndirildiyinə görə 19, 27, 35, 54 saylı qəbul proqramları üzrə müsabiqə vəziyyəti əvvəlki illərlə müqayisədə yaxşılaşıb.

26 saylı qəbul proqramı üzrə imtahan vermiş bakalavrların ixtisas üzrə göstərdiyi nəticələr zəif olduğuna görə ixtisaslaşmaların ödənişli yerlərinin müsabiqəsinə buraxılmaq üçün ixtisas üzrə minimal balı 15-ə endirmək qərara alınıb.

Qeyd edək ki, 6021 plan yerinə qəbul olmaq üçün imtahanda iştirak edən 8370 bakalavrdan cəmi 6763-ü ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanıb.