TQDK-dan güzəşt

tqdk-dan-guzest
Oxunma sayı: 661

“Qafqazinfo” komissiyanın saytına istinadən xəbər verir ki, bunun üçün xüsusi kateqoriyaya aid olan bu insanlar müvafiq təsdiqedici sənədləri TQDK-ya və ya Sənəd Qəbulu Komissiyalarına təqdim etməli və qeydiyyatdan keçməlidirlər.

Əvvəlki illərdən fərqli olaraq məhdud fiziki imkanlı insanlar TQDK-ya və ya Sənəd Qəbulu Komissiyalarına şəxsən müraciət etmədən də qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatın aparılması üçün TQDK-nın internet saytında xüsusi səhifə (tqdk.gov.az/mfii) açılıb. İştirak edəcəyi imtahanların növündən və sayından asılı olmayaraq bu şəxslərin cəmi bir dəfə qeydiyyatdan keçmələri kifayətdir.

Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin nömrəsini və Pin kodunu, tələb olunan digər məlumatları elektron formanın müvafiq sahələrinə daxil etmək və fiziki imkanın məhdud olmasını təsdiq edən sənədin scan edilmiş surətini (jpeg faylını) elektron formaya qoşmaq lazımdır.

Qeydiyyatdan keçmiş şəxslər imtahana gələn zaman digər tələb olunan sənədlərlə yanaşı fiziki imkanın məhdud olmasını təsdiq edən sənədin əslini də mütləq özləri ilə gətirməlidirlər.