TQDK DİN üçün test imtahanı keçirir

tqdk-din-ucun-test-imtahani-kecirir
Oxunma sayı: 1044


 “Qafqazinfo” Komissiyaanın saytına istinadən xəbər verir ki, sənəd qəbulu haqqında elan, “Müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramı və fiziki hazırlıq səviyyəsinin minimal normativləri "Mübariz Keşikdə" qəzetində, həmçinin digər Kütləvi İnformasiya Vasitələrində, ölkənin bir sıra şəhər və rayonlarının mətbu orqanlarında dərc olunmuş, DİN-in rəsmi internet saytında yerləşdirilib. Sənədlərin qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılmışdır. Müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onların hamısı hüquq istiqaməti üzrə sənəd verib. Namizədlərə test imtahanında iştirak etmək üçün «İmtahana buraxılış vəsiqəsi» və «Yaddaş kitabçası» 2013-cü il sentyabrın 5-dən etibarən təqdim olunub. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Suallardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq. Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.