TQDK imtahan keçirəcək

tqdk-imtahan-kecirecek
Oxunma sayı: 861


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 7-də Naxçıvan MR, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvaniski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. “Qafqazinfo” xəbər verir ki, IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlanacaq.

Bu imtahanlarda iştirak edəcək şagirdlər buraxılış vərəqələrini internet vasitəsilə çap edə bilirlər.